“Tərcümə Mərkəzinin kitabları” seriyasından “Sözün Aydını” kitabı çapdan çıxıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabda görkəmli alim, ictimai-siyasi xadim, tənqidçi, ədəbiyyatşünas Aydın Məmmədovun elmi məqalələri, esseləri, müsahibələri, çıxışlarının mətnləri və alim haqqında tanınmış sənət adamlarının yazıları yer alıb.Kitab, yazıçı Afaq Məsudun “Bu dünyanın Aydın hadisəsi” sərlövhəli ön sözü ilə açılır.
Nəşrin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktorları Zahid Sarıtorpaq və Tamilla Rüstəmovadır.