Gəncə Teatrı yeni tamaşanın premyerasına hazırlaşır

Gəncə Teatrı yeni tamaşanın premyerasına hazırlaşır backend

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə türk dramaturgiyasına müraciət edib. Yaradıcı heyət Turqay Narın “Min bir gecə nağılları”nın motivləri əsasında yazdığı “Şəhrizadın nağılı” adlı səhnə əsərini tamaşaya hazırlayıblar.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov AZƏRTAC-a deyib ki, əsər keçmişlə bu gün arasında həqiqət axtarışında olan Şah Şəhriyarın həyatından, həqiqət uğrunda daim mübarizə aparan Şəhrizadın mübarizəsindən, eləcə də hakimiyyətini qoruyub saxlamaq üçün ömrünü başdan-başa günah içində keçirən vəzir Bərəxudun həyatından bəhs edir.

Mayın 2-də premyerası olacaq yeni tamaşada əsas rollarda əməkdar artistlər Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlardan Kəmalə Məmmədova, Rauf Hüseynov, Nuriyyə Cabbarova iştirak edəcəklər.
Diaspora