Mayın 5-dən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Faşizm üzərində Qələbənin qazanılmasının 70 illiyi münasibətilə görkəmli rus rəssamı, Leninqrad şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı Aleksandr Xarşakın fərdi yaradıcılıq sərgisi açılacaq.
Axar.az xəbər verir ki, sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi 30 əsəri nümayiş olunacaq. Onun “1941-ci il. Cəbhəyə”, “Düşərgənin sonu”, “Şəhər-Qala”, “Leninqradlılar”, “Kəşfiyyata”, “Yırtıcının sonu”, “Atəş”, “Berlinə”, “Qayıdış” kimi əsərləri bu qəbildəndir.Qeyd edək ki, cəbhəyə könüllü gedən Aleksandr Xarşak Leninqrad cəbhəsində müharibənin sonunadək 42-ci ordunun “Udar po vraqu” (“Düşmənə zərbə”) qəzetinin redaksiyasında çalışıb. 1989-cu il sentyabrın 14-də vəfat edən rəssam dövrünün bir sıra fəxri adlarına, mükafatlarına layiq görülüb.