Avqustun 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində 70-80-cı illərin populyar musiqilərindən ibarət musiqi axşamı təşkil ediləcək.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, musiqili gecədə respublikanın tanınmış ifaçıları parlaq çıxışları ilə bir araya gələcək. Həmçinin, gecədə ifaçıları pianoçu, bəstəkar Elçin Məmmədov, baraban ifaçısı Əməkdar Artist Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev müşayiət edəcəklər.
Gecədə iştirak etmək istəyən hər kəs müraciət edə bilər.