İçərişəhərdə açıq səma altında sərgi

İçərişəhərdə açıq səma altında sərgi backend

Avqustun 19-da İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət sərgi açılacaq. Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.


“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədovun bildirib ki, “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil edilən sərgidə fırça ustalarının 10-dan çox sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək: “Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulur. Layihə çərçivəsində açılan sərgilər insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin altı və bazar günləri təşkil edilir”.
Diaspora