“Van Yüzüncü il Universiteti”nin akademikləri, professorları universitetin “Ədəbiyyat” fakültəsinə yazıçı Yaşar Kamalın adını verməyi təklif edib.
Axar.az xəbər verir ki, universitetin professor-müəllim heyəti yazıçının ölümündən 2 ay keçməsinə baxmayaraq, onun yavaş-yavaş unudulduğunu bildiriblər. Onlar böyük yazıçının adını unudulmaz etmək üçün bu təklifin yerinə yetirilməsini tələb ediblər.Xatırladaq ki, Yaşar Kamal 28 fevral 2015-ci il tarixində vəfat edib.