Komandamız atəşfəşanlıq festivalında qalib gəlib - FOTO

Komandamız atəşfəşanlıq festivalında qalib gəlib - FOTO backend

Ötən həftənin şənbə günü Rusiyanın Kostroma şəhərinin yubileyi şərəfinə həsr olunan Volqa çayı akvatoriyasında "Gümüş qayıq" adlı ənənəvi pirotexnika incəsənət müsabiqəsi festivalı keçirilib.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, festivalda Rusiyanın müxtəlif regionlarından 3 komanda və Bakının "Böyük bayram" komandası iştirak edib.

Şəhərin 865, "Qızıl halqa"nın 50 illiyinə və "Ekologiya ili"nə həsr olunan bayram tədbirinə minlərlə qonaq tamaşa edib.

Təşkilatçılar bu il yarışın qalibi adına kompozisiyasını "Mavi əbədiyyət" adı ilə təqdim edən Bakı komandasının daha layiq olduğu qənaətinə gəliblər.
Diaspora