Orxan Kamalın çap olunmamış romanı tapıldı

Orxan Kamalın çap olunmamış romanı tapıldı backend

Türk ədəbiyyatının ən sevilən yazarlarından biri Orxan Kamalın indiyə qədər heç yerdə yayımlanmamış romanı tapılıb.

Axar.az xəbər verir ki, “Kənarın Dilbəri” adlı roman may ayında Türkiyənin “Everest” nəşriyyatı tərəfindən çap olunacaq. Yazar yeni tapılan kitabında “Pis yol” romanına yeni bir final və açıqlama gətirib.

Mərhum yazarın oğlu İşıq Öyüdçü kitab barədə bunları deyib:
“Siyasi xalq” həftədə iki gün çıxan qəzet idi. Roman 1956-cı il mayın 5-də yayımlanmağa başlayıb, 1957-ci il fevralın 6-da bitib. Böyük həyəcanla oxumağa başladım. İlk bölümləri çox tanış gəldi. “Pis yol”un ilk variantına oxşayırdı. Amma səhifələr irəlilədikcə mövzu bir az dəyişdi. Və finalı “Pis yol” romanından çox fərqli sona çatdı. Bu romanın kitabsevərlərdən əlavə yeni yazmağa başlayanlar, ədəbiyyat fakültələri və ədəbiyyat tədqiqatçıları üçün fərqli üfüqlər açacağına, faydalı vəsait olacağına inanıram”.
Diaspora