Rejissor Rüfət Əsədovun çəkdiyi kənddə “Sonuncu yəhudi filmi” növbəti böyük festivalda nümayiş etdirilib.
Nyu-Yorkda “Kew Garden Festival of Cinema Festivalında göstərilən "Kənddə sonuncu yəhudi" filmi yerli publikanın marağına səbəb olub.
Qaziler.az Moderator.az-a istinadən xəbər verir ki, filmin rejissoru festivalın gedişindən və orada Azərbaycanın layiqincə təmsil edilməsindən çox razı qalıb:
“Filmə baxış çox yaxşı keçdi. Əsas olan da bu idi. Mən bütün dostlara, həmkarlara filmlərinin Nyu-Yorkda baxışının olmasını arzulayıram. Nyu-Yorkda kimisə nə iləsə təəccübləndirmək çətin məsələdir. Kino ilə təəccübləndirmək isə xüsusilə çətindi. Çünki Nyu-York dünyanın paytaxtıdır.