“Günlərdən şeir” layihəsinin növbəti tədbiri olub

“Günlərdən şeir” layihəsinin növbəti tədbiri olub backend

Avqustun 4-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Günlərdən şeir” layihəsinin beşinci tədbiri keçirilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin növbəti qonağı Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri, şair Əkbər Qoşalı və şair İbrahim İlyaslı olub.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, layihə çərçivəsində növbəti silsilə şeir günlərinin keçiriləcəyini vurğulayıb. Sonra şairlər Əkbər Qoşalı və İbrahim İlyaslı öz şeirlərini səsləndirib, oxucuların suallarını cavablandırıblar.

Sonda şairlərin imzalı kitabları Milli Kitabxanaya və oxuculara təqdim edilib.
Diaspora