Qəbələ musiqi festivalında sonuncu kamera konserti keçirilib

Qəbələ musiqi festivalında sonuncu kamera konserti keçirilib backend

IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində sonuncu kamera konserti keçirilib.


Qaziler.az APA-ya istinadən xəbər verir ki, “Dörd əl axşamı” adlı konsertdə pianoçular-Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, 40-dan çox ölkənin simfonik orkestri və dirijorları ilə çıxış edən tanınmış pianoçu, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış edib.

Musiqiçilər Avropa bəstəkarları R. Şubert, İ. Brams, Q. Fore və C. Gerşvinin əsərlərini səsləndiriblər.
Diaspora