Türkiyənin paytaxtında şəhər bələdiyyəsinin təşkilatçılığı ilə yeddinci Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, festival tanınmış türkiyəli müğənnilər Əmrə Aydın və Şüa Qaracanın birgə verdikləri konsert proqramı ilə başlayıb. Festival çərçivəsində müxtəlif sərgilərin, mini konsertlərin, poeziya axşamlarının, rəqslərin və s. təşkil olunacağı planlaşdırılır. Festivalda Ankarada yaşayan həmvətənlərimiz də iştirak edirlər.
Doqquz gün davam edəcək festival Atatürk Mədəniyyət Evində keçirilir.