“Bugünkü axşam sevgi ilə doludur“ - Leyla Əliyeva

“Bugünkü axşam sevgi ilə doludur“ - Leyla Əliyeva backend

“Jara” Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən keçid mərasiminin aparıcıları musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.

Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının hamının burada özünü evindəki kimi hiss etməsinin səbəbi barədə sualını cavablandıraraq deyib: "Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, möhkəm cansağlığı, sevgi və məhəbbət arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz"



EMİN: "Bu gün çox möhtəşəm gecə olacaq"

Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan “Jara”ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: “Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım”. Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illər boyu sevilə-sevilə dinlənildiyini vurğulayıb.



Diaspora