Lənkəran teatrı Tehran festivalında iştirak edəcək

Lənkəran teatrı Tehran festivalında iştirak edəcək backend

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı iyun-iyul aylarında Tehranda keçiriləcək “Beynəlxalq adət-ənənə festivalı”nda Azərbaycanı təmsil edəcək.

Bu barədə AZƏRTAC-a Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov məlumat verib.

Lənkəran teatrı Tehran festivalında “Kitabi-Dədə Qorqud” boyu əsasında hazırlanan “Məhəbbət və ölüm” tamaşasını nümayiş etdirəcək. Tamaşaya quruluşu “YUĞ” teatrının baş rejissoru Gümrah Ömər verəcək.

Qeyd edək ki, əsər ilk dəfə Lənkəran teatrının rejissoru Baba Rzayevin quruluşunda səhnəyə qoyulub.
Diaspora