Gənc rejissor Azər Quliyevin “Pa-Pa” adlı qısametrajlı filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunur.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, 14 dəqiqəlik film gənc oğlanın yaşadıqlarından bəhs edir. Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.
Qeyd edək ki, Avrasiya Beynəlxalq Film Festivalı bu gün başa çatacaq.
Məlumat üçün bildirək ki, Azər Quliyev 1997-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.