“Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 28-i və 29-da saat 19:00-da Fəvvarələr Meydanında olacaq.
Konsertlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.