Bu gün Gürcüstanın Batumi şəhərində beynəlxalq “Qara dəniz caz festivalı"nın (“Black Sea Jazz Festival”) açılışı olacaq.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hər il keçirilən musiqi festivalı iyulun 30-dək davam edəcək.Tədbirdə dünyanın tanınmış caz ifaçıları, o cümlədən Britaniyanın “Jamiroquai” musiqi qrupu, ABŞ-ın “De La Soul” triosu və başqaları çıxş edəcəklər.
Festival Gürcüstan hökumətinin layihəsidir. Onun təşkilatçıları “TVS Bank” və “Eastern Proomotions” şirkətidir.