Bu gün Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramı təqdim edilib.
Proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olublar. Uşaqlar yelpiyin məşhur dilini öyrənməklə yanaşı, hətta bir-biri ilə bu dildə ünsiyyət qurublar.Qeyd edək ki, gün ərzində tanınmış bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.