Türkiyədə keçirilən VII İstanbul Şopinq Festivalı başa çatıb. AZƏRTAC xəbər verir ki, “Design İSF” adı altında fəaliyyət göstərən festivalın bağlanış mərasimi “Venezia” ticarət mərkəzində keçirilib.
Dünyanın bir çox ölkələrindən turistlərin gəldiyi festivalın açılış mərasimini və gedişini Azərbaycanla yanaşı, 13 ölkədən 40-dək mətbuat nümayəndəsi izləyib. Doqquz ticarət mərkəzində qurulan “Design İSF” stendlərində alıcılara bəzək əşyaları, aksesuarlar, mebel dəstləri, kitab, paltarlar, orqanik qida məhsulları təqdim olunub. Festival müddətində alıcılar müxtəlif əyləncəli proqram və konsertləri də izləyə biliblər.Sonda festivalda iştirak edən ticarət mərkəzləri ilə yanaşı, tədbirə dəstək olan qurumlara, o cümlədən “Türk Hava Yolları”, Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Otelçilər Birliyi və “Karnaval Media Group”a təşəkkür paketləri təqdim edilib.