“Uğur-2014“ Milli mükafatının laureatları elan olundu

“Uğur-2014“ Milli mükafatının laureatları elan olundu backend

“Uğur-2014” Milli mükafatının laureatları aprelin 24-də ölkəmizin ən dəbdəbəli hotellərindən birində - “Rixos Şamaxı Palace”da təntənəli 15-ci yubiley təqdimatında elan olundu.

2014-cü ilin nəticələrinə görə, mükafatın laureatları milli iqtisadiyyatın inkişafında və möhkəmlənməsində əhəmiyyətli rola malik 21 şirkət və bir TOP-menecer seçildi.

Təntənəli təqdimat mərasimini ənənəvi olaraq açan Ekspertlər komitəsinin sədri İbrahim Baharov dedi: “Ötən il asan illərdən olmasa da, Azərbaycan iqtisadiyyatı müsbət dinamika göstərərək inkişaf edir. Ümumilikdə bu, həm də dövlətimizin rifahı naminə fəaliyyət göstərən şirkətlərin nəticələridir. Mən çox şadam ki, bu gün qalib şirkətlər iqtisadiyyatın qeyri-neft sektorunu təmsil edirlər. Bu, bir daha sübut edir ki, biz möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən aparılan siyasətin məntiqi nəticəsini görürük. Azərbaycan iqtisadiyyatı getdikcə daha çox neft-qaz sektorundan asılılığını azaldır. Mən qalibləri təbrik edirəm və ümidvaram ki, sizin nailiyyətləriniz sərhəd tanımayacaq”.

Qeyd edək ki, “Uğur” Milli mükafatı "Consalting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. “Uğur” Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır, milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş, yeni iş yerlərinin yaradılmasına və bununla da hər bir ailənin rifahının yüksəlməsinə töhfə verən iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur.
Diaspora