İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 4-də İranın İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotosərgi açılıb.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin nümayəndələri, ziyalılar və şəhər ictimaiyyəti iştirak edib.
Fotosərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.