İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılacaq.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan fırça ustalarının əsərləri nümayiş ediləcək.Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər təqdim olunacaq.
Doqquz rəssamın 30-dək sənət əsərinin nümayiş ediləcəyi sərgi bir həftə davam edəcək.
Sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi İlqar Əkbərovdur.