Türkiyəli rejissor Fikret Reyhan 39-cu Moskva Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ona bu mükafatı "Sarı Sıcak" adlı filmi qazandırıb.
Rejissor mükafatın onlar üçün gözlənilməz olduğunu bildirib: "Mükafat bizim üçün təəccübləndirici oldu. İstanbul Film Festivalından sonra bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm".
Festivalın "Ən Yaxşı Film"i Çin istehsalı olan "Tepeli Aynak" seçilib. Münsiflər heyətinin xüsusi mükafatı isə Rusiya istehsalı olan "Dibsiz Çanta" filminə verilib.