Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülür.
Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfə və etikası, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 30 adda kitab artıq nəşr olunub.Bununla əlaqədar, “Azərbaycan fəlsəfəsi və etikası” seriyasında dahi Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun "Təhzibi-Əxlaq" (Əxlaqın formalaşdırılmasına dair" əsəri səfirliyin AMEA Nizami adına Ədəbiyyat və Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub.
Kitab Polşa Mərkəzi və universitet kitabxanalarına göndərilib.