Bolivud ulduzu: “Azərbaycanda olmaqdan çox xoşbəxtəm“

Bolivud ulduzu: “Azərbaycanda olmaqdan çox xoşbəxtəm“ backend

"Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi".


QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, bunu Hindistanın məşhur aktyoru, Bolivud ulduzu Avinash Sachdev Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanda ən çox insanlar və onların qonaqpərvərliyini bəyənib: "Azərbaycana gələcəyim təqdirdə buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanın
mədəniyyəti ilə tanış olmaqdır".

A. Sachdev Azərbaycan filmlərini izləmədiyini qeyd edib. Aktyor əlavə edib ki, hər hansı təklif olacağı təqdirdə Azərbaycanda müəyyən layihələrdə iştirak edə bilər.

Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. 28 iyunda A. Sachdevin "Nizami" cinema klubda imza günü və fanatları ilə görüşü nəzərdə tutulub. A. Sachdev Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı bəla" serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.
Diaspora