Qarabağ mövzusunda çəkilmiş filmin təqdimatı keçiriləcək

Qarabağ mövzusunda çəkilmiş filmin təqdimatı keçiriləcək backend

İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək.

Axşam.az xəbər verir ki, film Qarabağ mövzusundadır. Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə ekranlaşdırılmış filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki və başqaları çəkiliblər.
Diaspora