Xalq artisti Flora Kərimova əməliyyat olunub. Bu barədə APA-ya açıqlamasında Paşa Qəlbinur məlumat verib. O bildirib ki, Flora Kərimova iyunun 21-də sağ gözündən əməliyyat olunub.
Paşa Qəlbinur qeyd edib ki, xalq artistinin səhhəti ilə bağlı hər hansı narahatlığı yoxdur.***
Bir gözü əməliyyat olunmuşdu, bu artıq ikinci gözün əməliyyatı idi.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut xanım söyləyib. O bildirib ki, əməliyyat uğurlu olub və Flora Kərimovanın vəziyyəti indi yaxşıdır.
“Əməliyyatı Paşa Qəlbinur edib. Hər şey yaxşıdır, hazırda Flora xanım dincəlir”.