Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) hərb tarixinin tədqiqatçısı Azad Hüseynovun “Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabının təqdimatı olub.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı hərb tariximizin araşdırılmasının vacibliyini diqqətə çatdırıb, “Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları” kitabı haqqında fikirlərini bildirib, nəşrin əhəmiyyətini vurğulayıb.Qeyd olunub ki, arxiv materialları əsasında yazılmış kitabda yeni tarixi materiallar, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmiş, lakin hansısa səbəbdən bu adı ala bilməmiş azərbaycanlılar haqqında da məlumat verilib.