Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasına 153 305 nəfər turist səfər edib.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz və ya 5763 nəfər çoxdur.