Xalq artisti reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdır

Xalq artisti reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdır backend

Xalq artisti Qəndab Quliyeva xəstəxanaya yerləşdirilib.

Qaziler.az-ın məlumatına görə, bu barədə Lent.az-a sənətçinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, Qəndab Quliyeva bu ilin fevral ayından sonra ürəyindəki problemlər səbəbindən infarkt keçirib. Daha sonra tanınmış xanəndə 3 dəfə insult keçirib. O, hazırda Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsindədir. Həkimlər müğənninin vəziyyətinin ağır olduğunu bildiriblər.

Xalq artistinin oğlu anasının müalicəsi üçün müvafiq qurumlardan və imkanlı şəxslərdən yardım istəyib.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1992-c ildə Xalq artisti fəxri adına layiq görülüb.
Diaspora