QAZİLER.AZ Evronyus-a istinadla xəbər verir ki, 30 ildir keçirilən bu festival böyük Azərbaycan bəstəkarı Qara Qarayevin adıyla adlandırılıb. Birinci forum 1986-cı ildə keçirilmiş, tanınmış musiqiçi və ifaçıları öz ətrafında toplamışdı. İfa ediləcək əsərlər arasında- avstriya bəstəkarı Alban Berq in əsərləri də səsləndirilir.O ekspressionizmin və ikinci vyana məktəbinin nümayəndəsidir.
Konsertdə soprano Fəridə Mammədova da iştirak edirdi. “ Bu çox çətin və az ifa edilən ariyadır.”Şərab “ adlanır və burada mən şərabı öz səsimlə ifa edirəm. Mənim qarşımda- təkcə vokal deyil, həm də dramaturji öhdəliklər durur. Bu, yaradıcılıq baxımından ifa kimi mənim üçün önəmlidir.Proqramda müasir Azərbaycan musiqisi də yer tutur. Azərbaycan bəstəkarlarını həm də İsveçrədən gələn musiqiçilər müşaiət edib. Azərbaycan klassikinin adını daşıyan forum ənənəyə görə üç ildən sonra yenidən Bakıda keçiriləcək.