Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim edilib.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını ifa etmək üçün Əməkdar Artist İnarə Babayeva da səhnəyə çıxıb.Bundan başqa, səhnə əsərində digər partiyaları Azərbaycan vokal sənətinin nümayəndələri Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova canlandırıblar.
Opera ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə edilib.