Aran Film Yaradıcılıq mərkəzi və Nova Gorica kino mərkəzində “Gecikmə” adlı yeni bədii-sənədli film çəkilib.
QAZİLƏR.AZ Kulis.az-a istinadən bildirir ki, filmin ssenari müəllifi Sevda Sultanova, rejissoru Tahir Tahiroviç, operatoru Faiq Kərimov, prodüseri İqbal Məmmədəliyevdir.Film Ağdam Dram Teatrının aktrisası Faquma Yusifovanın məişətindən, gün-güzəranından, çətin şəraitdə işləməsindən, aktyorluq peşəsinə sevgisindən bəhs edir.
Az büdcə ilə lentə alınan filmin çəkilişləri Ağdam və Bərdə ərazisində aparılıb.