“Sənətimiz ondan ibarətdir ki, nə qədər qəmgin olsaq da, hadisəli həyat yaşasaq da insanlara bunları hiss etdirməyək. Əksinə, çalışıb insanları kədərli haldan çıxarmalıyıq”.
Qaziler.az-ın Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Arif Quliyev "100-dən 1-i" verilişində deyib.Aktyor ən kədərli anında belə səhnəyə çıxmaqdan imtina etmədiyini söyləyib:
“Oğlumun bir cinayətdə əli oldu. Kiminsə övladına xələl yetirdilər. Həmin ailənin üzvləri dedi ki, "Onun oğlu bizim övladımıza sui-qəsd edib. Gərək biz də onu öldürək". Oğluma görə məni öldürmək istəyirdilər. Həmin günü sarayda səhnəyə çıxırdım, gərgin idim. Amma buna baxmayaraq tamaşaçıları güldürdüm”.
Qeyd edək ki, A.Quliyevin oğlu həbsdən çıxdıqdan sonra dünyasını dəyişib.