TQDK cavab kartlarının emalına başlayır

TQDK cavab kartlarının emalına başlayır backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və rus bölməsi üzrə “Azərbaycan dili” imtahanına dair məlumat açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hər iki imtahanın idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. Müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, bakalavrların və abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Bu gündən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq, nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.
Diaspora