“Ustad” jurnalının 2017-ci il üçün 4-cü sayı çap olunub.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalın bu sayı Şəmil Sadiqin “Məhəmməd Füzulimi, Mirzə Fətəli Axundzadəmi ağıllı adam idi?” yazısı ilə açılır. Dilqəm Əhmədin “Mühacirlər 28 Mayı necə qeyd ediblər?” məqaləsi və Ülviyyə Heydərovanın Tərlan Qorçu ilə “Marionet tamaşaları cadudur” müsahibəsi ardıcıl dərc edilib.
Bu nömrədə Aydın Dadaşovun “Nuri Bilgə Ceylan – psixoloji drama doğru”, Nüşabə Babayeva-Vəkilovanın “Parisə gedirəm” yazıları, “Tərcümə” rubrikasından Səbuhi Şahmursoyun “Rolan Bart – Tənqid və həqiqət”, “Emir Kustiriça – “Durnalar uçur” ən yaxşı 3D filmi” və Asifə Əfəndinin “Çiydem Sezer - Dahilər və eşqləri” kimi tərcümə əsərləri təqdim olunub.
Jurnalda, həmçinin bu il aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”nə həsr olunmuş Ülviyyə Heydərovanın “Kitabınız Nuş Olsun (Oxu Günü)” adlı foto və müsahibələrlə dolu yazısı öz əksini tapıb.