İkinci Respublika Xalq Teatrları Festivalının final mərhələsində Masallı Xalq Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Nurəddin Ədiloğlunun “Şəhidlər anası” tamaşası ilə çıxış edib.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, birpərdəli və ikişəkilli tamaşa rejissor Camaləddin Əliyevin quruluşunda təqdim edilib. Tamaşada rolları aktyorlar Aybəniz Həsənova, Əfqan Əliyev, Rövşən Muxtarlı, Ruhil Alkişiyev, Masallı Dövlət Regional Kollecinin tələbələri Əsmər İsmayıllı, Şahsənəm Quluzadə, Əfsanə Məmmədzadə və Elvin Azəroğlu ifa ediblər.Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.
Qeyd edək ki, səhnə əsərində rəsmlərin quruluşu Tofiq Həsənova, səhnə tərtibatı isə Aysel Məmmədovaya məxsusdur.