Hacı Cavad Məscidi köçürülür

Hacı Cavad Məscidi köçürülür backend

Sovetski adlanan ərazidə yerləşən Hacı Cavad Məscidi orda aparılan abadlıq-quruculuq işləri çərçivəsində sökülməli idi. Lakin dindarlar buna etiraz edirdilər.

Qaziler.az xəzərxəbər-ə istinadən xəbər verir ki, prezident İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi komissiya dindarlarla aparılan danışıqlardan sonra məscidin sökülərək, Yasamal rayonu ərazisində, başqa yerdə tikilməsinə qərara verib.

Şərifzadə küçəsindəki ərazidə artıq məscidin özülünün qazılmasına başlanıb.

Hacı Cavad Məscidi sökülərək Yasamal rayonunun başqa hissəsində, daha geniş ərazidə tikiləcək.

1 gümbəzli və bir minarəli məscid Şərifzadə küçəsi, 3 a ünvanında yerləşəcək. Bu haqda Yasamal İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov məlumat verib.

Yeni tikiləcək məscdi əvvəlki məsciddən həm ərazisinə, həm də xidmət imkanlarına görə daha böyükdür.

Hazırda məscidin özülü qazılır. Gələn həftənin cümə günü təməl qoyma mərasimi olacaq.
Diaspora