“Oxu Azərbaycan” layihəsi fəaliyyətə başlayır.
QAZİLƏR.AZ Kulis.az-a istinadən xəbər verir ki, oxucular layihədə pul ödəmədən şəxsiyyət vəsiqəsini girov qoymaqla kitabları aparıb oxuya biləcək.
Layihənin rəhbəri Fəxi Laçınlı bildirib ki, “Oxu Azərbaycan” layihəsi Bakıda və digər rayonlarda da baş tutacaq. Məqsəd bölgələrdə kitaba marağı artırmaq və mümkün qədər daha çox oxucu qazanmaqdır.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində xüsusi yerlər seçiləcək, kitablar yerləşdiriləcək. “Oxu Azərbaycan”da iştirak etmək istəyənlər kitab hədiyyə etməklə layihəyə qoşula bilərlər.