Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru Kaysın Xudiyev Azretoviç Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.
Axar.az xəbər verir ki, professor-müəllim heyəti və tələbələrlə görüşdə Rusiya və regionun iqtisadiyyatında son durum, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professorları Amil Məhərrəmov və Hacıağa Rüstəmbəyov görkəmli iqtisadiyyatçı ilə elmi əlaqələrin davam etdirilməsi haqqında razılıq əldə ediblər. O, respublikamıza səfəri zamanı bir neçə ali məktəbdə olub, iqtisadçı kadrların hazırlığı ilə maraqlanıb.Qeyd edək ki, keçmiş Sovetlər Birliyi ölkələrində yetərincə tanınan iqtisadçı-alim Kaysın Xudiyev müasir iqtisadi proseslər haqqında mühazirə oxumaq üçün mütəmadi olaraq müxtəlif region ölkələrinə dəvət olunur.