Yazıçı mükafatını kralın əlindən aldı

Yazıçı mükafatını kralın əlindən aldı backend

İspaniya ədəbiyyatının ən prestijli mükafatı olan “2014 – Servantes mükafatı”na layiq görülən 84 yaşlı Xuan Qoytisolo təşkil olunan tədbirdə mükafatını Kral IV Filipdən alıb.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli Migel De Servantesin ölümünün 399-cu ili münasibətilə verilən mükafata “Mədəniyyətlərarası dialoq və ispan dili ilə bağlı araşdırmalarına görə” layiq görülən Qoytisolo 125 min avro pul mükafatı da alıb. Mükafatlandırmada maraqlı bir məqam olub: “frak geyinmə” adətini pozaraq mükafatlandırmaya adi kostyumda və qalstukda gələn Xuan “Şkafımda bircə dənə qalstukum var idi, onu taxmışam”, – deyib.

Qeyd edək ki, “Servantes mükafatı” 1976-cı ildən bəri verilir.
Diaspora