İyunun 28-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin xatirəsinə həsr olunmuş “Füzuli yadigarı” adlı ədəbi-bədii gecə keçiriləcək.
QAZİLƏR.AZ Trend-ə istinadən xəbər verir ki, gecədə Respublikanın Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər.Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30