İyunun 16-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən gerçəkləşəcək.
Tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq, əsərləri səslənəcək, milli musiqi tariximizin inkişafındakı xidmətləri xatırlanacaq.
Yubiley konsertini Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.