Müğənni İbrahim Tatlıses İnstaqram səhifəsindəki paylaşımı ilə hər kəsi təəccübləndirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, ölmək üçün 3 səbəbin olduğunu qeyd edib:"Siqaret çək, 10 il tez öl; içki iç, 20 il tez öl; evlən, hər gün öl".
İfaçı bu 3 səbəbi birdən edənlərə isə belə mesaj göndərib:
“Üçünü birdən etsən, ümumiyyətlə, yaşamağa şansın qalmaz”.
İ.Tatlısəsin bu paylaşımı izləyiciləri tərəfindən böyük maraq və gülüşlə qarşılanıb.
