İlqar Nəcəfin “Nar bağı” bədii filmi Karlovı Varı Beynəlxalq Film Festivalına dəvət alıb.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, “Buta Film” kino şirkəti ilə birgə istehsal olunan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək.
“Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq. Festival 30 iyun-8 iyul tarixlərində Çexiyada keçiriləcək.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar