“Qoca və Mələk” yenidən səhnədə

“Qoca və Mələk” yenidən səhnədə backend

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivinin hazırladığı yeni səhnə əsəri - “Qoca və Mələk” mayın 28-də yenidən nümayiş olunacaq.


QAZİLƏR.AZ AZƏRTAC-a istinadən bildirir ki, rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Qeyd edək ki, səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.
Diaspora