Qız Qalası Yaponiyada

Qız Qalası Yaponiyada backend

Qardan hazırlanmış Qız Qalası və Azərbaycanın milli geyimləri 66-cı Sapporo Qar Festivalında nümayiş olunacaq.

2015-ci il fevral ayının 1-də Hokkaido Universiteti Xarici Tələbələr İttifaqının rəhbəri Əlibəy Məmmədovun təşəbbüsü, Sapporo Ohdori Lions klubunun maliyyə dəstəyi ilə, 2015-ci Fevral ayında (5-dən 11-nə kimi) baş tutacaq 66-cı Sapporo Qar Festivalı üçün Bakının simvolu olan Qız Qalasının və Azərbaycanın milli geyimlərinin qardan statyuları hazırlanıb. Bu işdə 15 ölkədən 60 yaxın şəxs iştirak edib.
Sapporo Qar Festivalına hər il dünyanın bir çox ölkələri də daxil olmaqla 2 milyondan çox turist gəlir. Bu mənada bu işin çox böyük əhəmiyyəti vardır. Qardan hazırlanan statyu üçün əlverişli yer seçilmiş və insanların asanlıqla görmələrinə tam şərait yaradılıb.
Hokkaido Universiteti Xarici Tələbələr İttifaqının rəhbəri Əlibəy Məmmədovun sözlərinə görə, bu Yaponiya tarixində qala biləcək bir ilkdir. Yaponiyada Azərbaycanın tanıyan çox az insan var. Bu statyu Azərbaycan haqqında Yaponiya ictimaiyyətində dərindən maraq oyadacaq.
Qardan olan statyunun hazırlanmasından öncə iştirakçılara Əlibəy Məmmədov və Sapporo Ohdori Lions rəhbəri Yamada tərəfindən Azərbaycan haqqında ətraflı məlumat verilib.
Diaspora