“Bir qoca dərvişəm” – Tahir Həkimlinin şeirlər kitabı işıq çap edildi

“Bir qoca dərvişəm” – Tahir Həkimlinin şeirlər kitabı işıq çap edildi backend

İkinci Cahan Müharibəsi iştirakçısı 94 yaşlı Tahir Həkimlinin (Həkimov, Padarlı) beşinci şeirlər toplusu işıq üzü görüb.

Kitabın naşiri və redaktoru Müşviq Borçalıdır. Bu topluda T.Həkimlinin son illərdə yazdığı şeirlər çap edilib. Vətənlə, sevgiylə və müxtəlif ovqatla yazılmış şeirlər ilk anda oxucunu özünə cəlb edir.

T.Həkimli uzun illər Gürcüstanın, Marneuli rayonunun, Kvemo Saral kəndində uzun müddət müəllimlik edib. Hazırda da gənc nəslin tərbiyəsində və təlimində fəal iştirak edir. Tez-tez məktəblilərlə görüşlərdə olur.

Doxsan dörd yaşının astanasında olan T.Həkimlinin əvvəllər “Yadigar`”, “`Yüz şeir”, “Yaşamaq şirindir”, “Nağıla bənzər ömür” kitabları çap olunmuşdur. Sonuncu “Bir qoca dərvişəm” kitabında 9 May şeirinin epiqrafında T.Həkimli yazır: “1943 -cü ildən 1945-ci ilə dək faşist Almaniyasının müxtəlif düşərgələrində əsrlikdə olmuşam. Zülmü, zilləti, sitəmi diri gözlü görmüşəm.

...Mən görmüşəm əsrliyin zülmünü,
Göynədir, göynədir odlu qəlbimi.
Allah gostərməsin o keçən günü
Faşistlər məhv oldu ellər sevindi.”

Deyən müəllif müharibənin faciələrini görmüş insan kimi, ədalətsiz müharibələrə nifrət bəsləyir.

Alman faşizmi üzərində qələbənin 72 - ci ili münasibəti ilə bütün veteranları səmimi qəlbdən təbrik edir və onlara can sağlığı arzu edirik. Uca Tanrıdan arzu edirik ki, Azərbaycanda, eləcə də, müharibə gedən bütün yerlərdə əmin - amanlıq, sülh bərqərar olunsun.

Müharibələr fəlakətdir, dəhşətdir və dözülməzdir.

Gürcüstan Respublikası, Marneuli rayonu, Kvemo Saral ictimai məktəbinin
X sinif şagirdi Səma Həsənova
Diaspora