“Deyirlər Laçındasan...” – Ramiz Qusarçaylı

“Deyirlər Laçındasan...” – Ramiz Qusarçaylı backend

QAZILER.AZ saytı tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ay işığı" ədəbi məclisinin sədri Ramiz Qusarçaylının “Məhəbbət Kazımovun məzarı önündə düşüncələr...” adlı şeirini təqdim edir.

Deyirlər Laçındasan,
Laçında nə var, nə yox...
Danış... danış...
dilinin
ucunda nə var, nə yox...

Səsi batıb “ər”lərin,
Yeri itib pirlərin...
Açılmayan sirlərin
İçində nə var, nə yox...

Kimi gəzir gözlərin,
Nələr deyir sözlərin,
Əsir düşən qızların
Saçında nə var, nə yox...


Kim var Keyti dağında,
Kim yatıb qucağında,
Kor qalan ocağında,-
Sacında nə var, nə yox...

Sarıbaba sarı yurd,
Qarı düşmən, qarı yurd,
Yarı məzar, yarı yurd
Tacında nə var, nə yox...


Öt Laçınım... Laçınım...
Ürək-ürək uçunum.
Ay göylərə uçanım
Köçündə nə var, nə yox...


Deyirlər Laçındasan,
Laçında nə var, nə yox..

Diaspora