Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək backend

Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək.


Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyindən APA-ya verilən məlumata görə, mayın 20-dən 21-dək Sabir bağında keçiriləcək tədbirdə Türkiyədən 100 nəfərə yaxın tanınmış sənət ustası iştirak edəcək. Tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq. Tədbir iki gün ərzində, səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, tarixi Mehtəran ansamblı, Türk xalq musiqisi ifaçıları Volkan Gözüböyük, Məltəm Seyfəlioğlu, Türk sənət musiqisi ifaçıları Günay Şimşək, Yıldız Çam Özdəmir iştirak edəcəklər. Bundan başqa, Türkiyə Dövlət Operasının məşhur tenoru Əmrah Sözer və soprano Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər. Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N. Ünsal şənbə, B. Kut isə bazar günü, saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Bundan başqa, meydanda qurulacaq böyük ekranda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.
Diaspora